Azərbaycan Dövlət İnformasiya Agentliyi

QHT nümayəndələri Cəbrayıla səfər ediblər

26.12.2021 [13:49]

Xəbərin mətni

Azərbaycanda fəaliyyət göstərən 150-dən artıq QHT nümayəndəsi dekabrın 25-də Cəbrayıla səfər edib. Səfər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər iştirakçıları əvvəlcə Xudafərin körpüsündə olublar.