“Art Zone Week” rəngkarlıq simpoziumuna yekun vurulub
27.12.2021 [11:14]
Xəbərin mətni
Dövlət Turizm Agentliyinin dəstəyi ilə “Şahdağ” Turizm Mərkəzində təşkil olunan “Art Zone Week” rəngkarlıq simpoziumuna yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 20-dən başlayan “Art Zone Week” rəngkarlıq simpoziumunda Azərbaycanın görkəmli rəssamları iştirak ediblər.