MƏDƏNİYYƏT


Parisdə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş konsert olub

Fransadakı səfirliyimizin təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Parisdə “Temple protestant de l’Oratoire du Louvre” protestant kilsəsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş “Balaban cazla görüşür” (Balaban meets jazz) adlı konsert olub.
AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Fransadakı diasporumuzun və yerli ictimaiyyətin üzvləri, mədəniyyət nümayəndələri iştirak ediblər.