MƏDƏNİYYƏT


Yeni ilin gəlişi ilə əlaqədar paytaxtımız bayramsayağı bəzədilib

Yeni təqvim ilinin gəlişinə saatlar qalıb. Ölkəmizin hər yerində olduğu kimi, paytaxt Bakımızda da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişinə böyük həvəslə hazırlaşırlar.AZƏRTAC xəbər verir ki, bu il xalqımız bu bayramı böyük qürurla, qalib ölkənin vətəndaşı kimi iftixar hissi ilə qeyd edəcək. 44 günlük Vətən müharibəsində qazandığımız tarix Qələbə dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımızın da qəlbini fərəhlə doldurub, onları da əsl bayram əhvali-ruhiyyəsinə kökləyib.