MƏDƏNİYYƏT


Gəncə memarlığının XII-XIII əsr inkişaf dövrü Nizaminin əsərlərində

XII-XIII əsrdə Gəncə memarlığı inkişafının intibah dövrünü yaşayıb. Xüsusən X əsrdən sonra Gəncə daha sürətlə inkişaf etməyə başlayıb. Şəhərin ticarət yollarının üzərində yerləşməsi onun sənətkarlığının və memarlığının inkişafına müsbət təsir göstərib. Bir çox tarixçilər Nizami Gəncəvi dövründə Gəncənin ən yüksək inkişaf mərhələsinə çatdığını və memarlığının ən qüdrətli dövrünü yaşadığını bildiriblər.