Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qırx ildir ilmələrin sehrindən çıxa bilməyən pirəbədilli xalçaçı

01.01.2022 [12:49]

Xəbərin mətni

Qırx ilə yaxındır xalça toxumaqla məşğul olan Şabran rayonu Pirəbədil kənd sakini Elbəniz Təhməzova bu sənətin sirlərini nənəsi və anasından öyrənib. Uşaq yaşlarından xalça toxumağa başlayan E.Təhməzova vaxt keçdikcə bu peşənin bütün sirlərinə yiyələnib. Hazırda isə toxuduğu xalçalardan gələn gəlir ailə büdcəsinin formalaşmasında əsas rol oynayır.