Həyatını kitaba çevirən şəhid
05.01.2022 [13:40]
Xəbərin mətni
İyirmi illik ömrə sığdırdığı qəhrəmanlıq və igidliyi ilə yaddaşlara həkk olan şəhid Böyükağa Yusifli Vətənə bəslədiyi sevgini hətta xatirə dəftərinə də qeyd etmişdi. O, şəhid olduqdan sonra tapılan həmin xatirə dəftəri isə Böyükağadan bəhs edən "Yarım qalmış hekəyalərim" adlı kitaba çevrildi.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yusifli Böyükağa Elbrus oğlu 2000-ci ildə Beyləqanın Kəbirli kəndində dünyaya göz açıb. Hələ uşaq yaşlarından vətənpərvərliyi ilə seçilən Böyükağa həmyaşıdlarına örnək olub.