Azərbaycan Dövlət İnformasiya Agentliyi

Görmə məhdudiyyətli şəxs: Möcüzə ilə gözlərimə nur işığı gələrsə kitab oxumaq istəyərəm

07.01.2022 [18:07]

AZƏRTAC-ın “Biz də hamı kimiyik” layihəsinin bu dəfəki qəhrəmanı Zaur Əliyevdir. 20 yaşlı Zaur anadangəlmə görmə məhdudiyyətlidir. Ən böyük arzusu təhsil aldığı 1№-li Bakı Tibb Kollecinin peşəkar kadrlarından birinə çevrilməkdir.