Azərbaycan Dövlət İnformasiya Agentliyi

Görmə məhdudiyyətli 10 yaşlı qarmon ifaçısı

18.01.2022 [14:36]

AZƏRTAC-ın “Biz də hamı kimiyik” layihəsinin bu dəfəki qəhrəmanı 10 yaşlı Fidan Quliyevadır. Görmə məhdudiyyətli olsa da, çox istedadlı qarmon ifaçısıdır. Ən böyük arzusu qarmon müəllimi olub uşaqlara bu musiqi alətinin bütün incəliklərini öyrətməkdir.