MƏDƏNİYYƏT


Tərcümə Mərkəzi peşəkar mütəxəssislərin müəyyən edilməsi istiqamətində keçirdiyi seçim turlarını davam etdirir

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi istiqamətində keçirdiyi seçim turlarına qeydiyyat davam edir.
AZƏRTAC xəbər verir ki, turlar xarici dillər və sahələr (ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq və s.) üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.