MƏDƏNİYYƏT
Bakı-Şuşa-Bakı avtobusunun sərnişinləri Şuşadan yüksək təəssüratla ayrılıblar
29.01.2022 [18:07]
Bakı-Şuşa-Bakı marşrutu ilə hərəkət edən növbəti sərnişin avtobusu yanvarın 29-da Şuşa şəhərinə gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, saat 13 radələrində Şuşaya çatan avtobusda 45 sərnişin olub. Sərnişinlər şəhərin mərkəzi meydanında Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Şuşa Şəhəri Polis Şöbəsinin əməkdaşları tərəfindən qarşılanıblar. Onlar Şuşa qalası, Natəvan bulağı, Şuşanın mərkəzi meydanında Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün güllələnmiş heykəlləri, Yuxarı Gövhər Ağa məscidi, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Cıdır düzü kimi tarixi məkanları ziyarət edib, mədəniyyət paytaxtı elan olunan Şuşa şəhəri ilə əyani tanış olublar.
09.10.2024 [18:20]
09.10.2024 [10:04]
08.10.2024 [19:24]
08.10.2024 [18:45]
08.10.2024 [18:40]
09.10.2024 [18:00]
07.10.2024 [19:41]
07.10.2024 [16:29]
05.10.2024 [19:22]
04.10.2024 [13:24]
04.10.2024 [13:19]
26.09.2024 [23:51]
08.10.2024 [17:18]
07.10.2024 [19:33]
07.10.2024 [17:27]
07.10.2024 [17:10]
23.09.2024 [11:32]