Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdamın Birinci Baharlı qəsəbəsində yeni məktəb binasının tikintisinə başlanılıb

01.02.2022 [15:40]

Xəbərin mətni

Tikintidə iş icraçısı Xosrov Həsənov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 432 yerlik məktəb binası iki mərtəbədən ibarət olacaq. Yeni məktəb binasında sinif otaqları, laboratoriya və fənn kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılacaq. Həyətdə idman meydançası, qazanxana, nasosxana, transformator yarımstansiyası, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa ediləcək.

BÖLMƏNİN DİGƏR VİDEOLARI