MƏDƏNİYYƏT


Əməkdar artist Münəvvər Kələntərlini xatırlayırıq

Münəvvər Kələntərli 1912-ci ildə Lənkəranda anadan olub. Opera Teatrında səhnə fəaliyyətinə başlayan Münəvvər Kələntərli Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasında Leyli və Leylinin anası, "Əsli və Kərəm"də Əsli, "O olmasın, bu olsun"da Sənəm obrazlarını yaradıb. Münəvvər Kələntərli "Bəxtiyar" musiqili filmində Gülzar xala, "Əmək və qızılgül"də Daqmaranın anası Sonu, "Qızmar günəş altında"da Gülbahar nənə, "Görüş"də Münəvvər, "O olmasın, bu olsun"da Yengə, "Kazbek qutusu"nda Məlikovun hikkəli arvadı, "Kölgələr sürünür"də Məsmə, "Yeni il gecəsi"ndə ev sahibəsi rollarında oynayıb. Görkəmli sənətkar 5 fevral 1963-cü ildə 51 yaşında dünyasını dəyişib.