MƏDƏNİYYƏT


Qara Qarayevin xatirəsinə elektron musiqi ilə ithaf

İlk dəfə olaraq, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, dünya musiqi mədəniyyəti xəzinəsinə əvəzolunmaz töhfə verən dahi bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, akademik Qara Qarayevin anadan olmasının ildönümünə həsr olunmuş elektron musiqi təqdim olunub.AZƏRTAC xəbər verir ki, Qara Qarayevin yaradıcılığında xüsusi yer tutan, dünya musiqi mədəniyyəti xəzinəsinə daxil olan, dünya teatrlarının repertuarlarında və ən məşhur dirijorların proqramlarında daim layiqli yerə sahib olan “İldırımlı yollarla” baletindən çılğın qızın rəqsi kompozisiyası ictimaiyyətin diqqətinə çatdırılıb və bu sosial rolik geniş kütlə arasında maraqla qarşılanıb.