MƏDƏNİYYƏT


Ləzgilərin qədim iməcilik adətlərini təbliğ edən “Mel” folklor ansamblı

“Mel” folklor ansamblı Qusar rayonun Hil kəndində fəaliyyət göstərir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, folklor ansambl ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalında iştirakı ilə şöhrətini daha da artırıb.
Qusar rayonunda folklorun çoxəsrlik ənənəsi var. Rayon əhalisinin böyük hissəsini təşkil edən ləzgilər tarixin bütün dövrlərində öz adət-ənənələrini, mədəniyyətlərini qoruyub saxlayıblar.