ELM VƏ TƏHSİL


Xaçmazın Qusarçay kəndində məktəb binasının əsaslı təmirinə başlanılıb

Xaçmaz rayonun Qusarçay kəndində məktəb binasının əsaslı təmirinə başlanılıb. Təmir işləri ilə yanaşı, təhsil ocağı üçün 3 yeni korpusun inşası da həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin binası 94 il əvvəl istifadəyə verilib. Məktəbdə iki növbədə 911 şagird təhsil alır. Bir əsrə yaxın yaşı olan təhsil ocağının təmirsiz, maddi-texniki bazasının zəif olması tədrisin keyfiyyətinə mənfi təsir göstərirdi.