MƏDƏNİYYƏT


Ukraynada Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə əsərləri səsləndirilib

Ukraynanın Dnepr şəhərlərində Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə konsert proqramı təşkil olunub.AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin (DVAK) təşəbbüsü və təşkilatçılığı ilə təşkil olunan konsertdə Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun dirijorluğu ilə Dneprropetrovsk Akademik Simfonik Orkestrinin ifasında Fikrət Əmirovun əsərləri səsləndirilib.