Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Lənkəran mətbəxinin unudulmaqda olan yeməklərindən biri - Murquturş

14.02.2022 [11:31]

Xəbərin mətni

Lənkəran mətbəxi çeşidliliyi və özünəməxsus ləziz yeməkləri ilə digər bölgələrin mətbəxindən fərqlənir. Yüz illər boyu bu yeməklər xanların və bəylərin süfrəsini bəzəyib. Bu yeməklərin sırasında ən qədim olanlardan biri isə murquturşdur.AZƏRTAC xəbər verir ki, lənkəranlı aşpaz Nüsrət Səlimov qədim talış yeməyi olan murquturşu elə qədim üsullarla hazırlayır. Deyir ki, Talış dilində açıqlaması mürgü, yəni quş, tuş isə bildiyimiz tuş anlamındadır.