MƏDƏNİYYƏT


Kiyevdə TÜRKSOY təşkilatının nəşr etdiyi “Reading Nizami Ganjavi” adlı art-albom təqdim edilib

Ukrayna Milli Yazıçılar İttifaqında “Reading Nizami Ganjavi” adlı art-albomun təqdimat mərasimi keçirilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən nəşr olunmuş bu albom görkəmli Azərbaycan şairi, mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilib.
AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları qismində TÜRKSOY, Ukrayna Milli Yazıçılar İttifaqı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycanın Ukraynadakı səfirliyi çıxış edib.