MƏDƏNİYYƏT


Qusar Dövlət Ləzgi Dram Teatrı Milli Teatr Gününə hazırlaşır

Qusar Dövlət Ləzgi Dram Teatrı Milli Teatr Gününə hazırlaşır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, milli teatrımızın yaranmasının 149-cu ildönümünü münasibətilə tamaşaçılara Azərbaycan və ləzgi dillərində xüsusi kompozisiya təqdim ediləcək.
Bayram tədbirində kollektiv Mirzə Fətəli Axundzadənin sevilən səhnə əsərlərindən parçalar nümayiş olunacaq. Kompozisiyada müxtəlif tamaşalardan hissələrlə yanaşı, milli rəqslər, folklor nümunələri, həmçinin Azərbaycan və ləzgi dillərində mahnı və şeirlər yer alıb.