MƏDƏNİYYƏT


Madriddə “Pikasso: Üzlər və Fiqurlar” sərgisi nümayiş olunur

Madridin mərkəzində yerləşən San Fernando Kral İncəsənət Akademiyasında “Pikasso: Üzlər və Fiqurlar” adlı yeni sərgi təqdim olunur. Burada məşhur ispan rəssamının rəsm, heykəltəraşlıq daxil olmaqla 58 əsəri nümayiş etdirilir. Mayın 15-dək davam edəcək sərginin məqsədi Pikassonun proto-kubizmdən başlayaraq sonrakı yaradıcılığına qədər zəngin və müxtəlif çeşidli əsərlərini nümayiş etdirməkdir.