ELM VƏ TƏHSİL


Salyanlı məktəbli yeni düstur kəşf edib

Salyanlı şagird İsmayıl Məmmədzadənin irəli sürdüyü yeni riyazi düstur maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, Salyanda Yavər Qafarov adına şəhər 8 saylı orta məktəbin 9-cu sinfində təhsil alan İsmayıl Məmmədzadə əksər fənləri yaxşı oxuyur. Ən çox sevdiyi dərs isə riyaziyyat fənnidir. İsmayılı yaşıdlarından fərqli edən onun düşünmə bacarığının güclü olmasıdır. Məhz bu qabiliyyəti sayəsində o, yeni riyazi düstur kəşf edib.