ELM VƏ TƏHSİL


İmişlinin Məmmədli kəndində modul tipli məktəb istifadəyə verilib

İmişlinin ucqar kəndlərindən olan Məmmədlidə modul tipli məktəb istifadəyə verilib. Yeni məktəbdə şagirdlərin təlim tədrisi üçün lazımi şərait yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişli rayonu Məmmədli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Mahir Mirzəyev adına olan məktəbin açılış mərasimində rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, məktəb kollektivi kənd sakinləri iştirak ediblər.