ADAU Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə İSO 21001:2018 beynəlxalq standartı üzrə sertifikat qazanıb
22.02.2022 [18:24]
Xəbərin mətni
Azərbaycan Dövlət Aqrar Universiteti Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanmış 21001:2018 “Təhsil təşkilatları üçün idarəetmə sistemləri - İstifadə üzrə rəhbərlik və tələblər” beynəlxalq standartı üzrə sertifikat qazanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sertifikatın təqdimetmə mərasimində çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə ADAU-nun bu sertifikata layiq görülməsini əlamətdar hadisə olduğunu və İSO 21001:2018 beynəlxalq standartının tətbiqinin universitet üçün bir çox faydalarının olduğunu deyib.