Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada Azərbaycan günləri çərçivəsində “Azərbaycan xalçaları: yeni baxış” sərgisi açılıb

22.02.2022 [21:55]

Xəbərin mətni

Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 22-dən Moskvada Azərbaycan günləri başlayıb. Martın 1-dək davam edəcək silsilə mədəniyyət tədbirləri Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunub.Bu çərçivədə fevralın 22-də Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda “Azərbaycan xalçaları: yeni baxış” adlı sərgi açılıb.