MƏDƏNİYYƏT


Ağac üzərində oyma sənəti ilə məşğul olan qusarlı baytar

Ağac üzərində oyma ustası Rüfət Xanəhmədov Qusar rayonun Əniğ kəndində yaşayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 72 yaşlı sənətkar oyma üsulu ilə müxtəlif heykəllər, məişət əşyaları, suvenirlər və oyuncaqlar hazırlayır.
Rüfət Xanəhmədov hələ məktəbdə oxuyarkən rəssamlıq və heykəltaraşlıq sahəsinə maraq göstərib. Qusarda sənətkarlığın bu növləri üzrə dərnəklərə qatılıb.