MƏDƏNİYYƏT


Bu gün Od çərşənbəsidir – Lənkərandan reportaj

Bu gün İlaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsidir. İnanclara görə, odu Günəşlə, işıqla, gündüzlə əlaqələndirirlər. Bu çərşənbədə odun şəninə şənliklər təşkil edilir. İnanca görə, bu gün insanlar tonqal qalayıb, onun üzərindən tullanmaqla bütün azar-bezarlarını yandırmış olurlar.AZƏRTAC Lənkərandan Od çərşənbəsi ilə bağlı reportajı təqdim edir.