Xaricdə təhsil üzrə magistratura səviyyəsini seçən namizədlərə üstünlük veriləcək
01.03.2022 [17:06]
Xəbərin mətni
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nda magistratura səviyyəsini seçən namizədlərə üstünlük veriləcək.
AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.