ELM VƏ TƏHSİL


Emin Əmrullayev: 600 nəfərə yaxın şəhid ailə üzvü işlə təmin olunub

Son aylarda 600 nəfərə yaxın şəhid ailə üzvü Təhsil Nazirliyi sistemində işlə təmin olunub.
AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində də şəhid ailəsinin üzvü olan namizədlərə üstünlük veriləcək. İlk növbədə, onlar vakansıya seçiminə buraxılacaqlar.