ELM VƏ TƏHSİL


Rektor Elçin Babayev: “Yüksəliş” müsabiqəsi istedadlı gənclərimiz üçün misilsiz imkanlar yaradıb

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev gəncləri “Yüksəliş” müsabiqəsində iştirak etməyə səsləyib.
AZƏRTAC xəbər verir ki, rektor gənclərimizin innovativ, müasir tarixin düzəninə, inkişaf tendensiyaları və reallıqlarına uyğun şəkildə idarəetmə bacarıqlarının üzə çıxarılması və eyni zamanda həyata keçirilməsi məqsədilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin istedadlı gənclərimiz üçün misilsiz imkanlar yaratdığını vurğulayıb.