SİYASƏT


İtaliya Senatında Xocalı soyqırımı ilə bağlı konfransda “Barışıq üçün etiraf et” təşəbbüsünün Roma koalisiyası yaradılıb

Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılmasının 30-cu ildönümü çərçivəsində martın 1-də İtaliya Senatının mətbuat konfransı zalında “Etiraf yolu ilə barışıq: sülh quruculuğu və keçid ədaləti” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, İtaliya parlamentinin üzvlərinin, insan hüquqları təşkilatlarının, akademik və media dairələrinin nümayəndələrinin iştirak etdikləri tədbir İtaliya Senatının “İrəli, İtaliya” partiyasından olan üzvü, İtaliyanın Mərkəzi Avropa Təşəbbüsü Parlament Assambleyasındakı parlament nümayəndə heyətinin vitse-prezidenti, senator Urania Papatheunun təşəbbüsü ilə İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki Komitəsi ilə birgə təşkil olunub.