Daşkənddə “Bahar çələngi” adlı incəsənət sərgisi açılıb
05.03.2022 [16:30]
Xəbərin mətni
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) “Bahar çələngi” adlı incəsənət sərgisinin açılış mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə AMM-nin, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin (ÖADC) əməkdaşları, yerli azərbaycanlılar və özbək xalqının nümayəndələri, Daşkənddəki ali məktəblərin tələbə və müəllimləri, jurnalistlər iştirak ediblər.