MƏDƏNİYYƏT


Birgə və Sağlam İctimai Birliyi bütün anaları ərsiyə gətirdikləri “ANA” klipi ilə təbrik edir

Birgə və Sağlam İctimai Birliyinin “Mavi Ürəklər” xor qrupu xüsusi qayğıya ehtiyacı olan övladlara sahib analar başda olmaqla bütün anaların 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibəti ilə ərsiyə gətirdikləri “ANA” klipi ilə təbrik edir! Söz və musiqisi xor qrupunun rəhbəri Arzu Səmədqızına aid olan “ANA” mahnısı qrupun üzvləri Nuray və Kənan tərəfindən səsləndirilib. Rollarda öz möhtəşəm çıxışlarıyla Pantomima teatrının aktyoru Əməkdar artist Bəhruz Vaqifoğlu və aktrisa Sevinc Hacıyeva bu günə özəl dəstəklərini veriblər.