MƏDƏNİYYƏT


“Əl əməyi, gözü nuru” satış sərgisi davam edir

Martın 7-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının(AQSİA) təşkilatçılığı başlayan “Əl əməyi, göz nuru” satış sərgisi bu gün də davam edir. AQSİA-dan AZƏRTAC-a bildirilib ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən sərgidə dülgərlik inciləri və rəsm əsərləri, kəlağayılar, orijinal bijuteriya məhsulları, şamdan və sabundan suvenirlər, orqanik qida məhsulları, təkəlduz məhsulları, milli ornamentli xalçalar, toxuma məhsulları, dekorativ əl işləri alıcılara təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır