MƏDƏNİYYƏT


“İçərişəhər” metrostansiyasının vestibülündə “Hər yerdə teatr” adlı maraqlı layihə təqdim edilib

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 10 Mart - Milli Teatr Günü münasibətilə “Hər yerdə teatr” adlı maraqlı layihə həyata keçirilib.Ölkəmizdə teatr sənətinin populyarlaşdırılmasını və milli teatrın daha geniş auditoriya arasında təbliğini əsas məqsəd kimi qarşıya qoyan layihə çərçivəsində insanların sıx toplaşdığı məkanlarda – “İçərişəhər” metrostansiyasının vestibülündə nümayiş olunan səhnəciklər şəhər sakinlərinə əsl teatr bayramı yaşadıb.