MƏDƏNİYYƏT


“Haqqın 44 günü” tamaşası rayonlarda nümayiş olunacaq

Lənkəran Dövlət Dram Teatrının kollektivi martın 10-da - Milli Teatr Günündə yeni tamaşasını təqdim edib. “Haqqın 44 günü” adlı tamaşa Vətən müharibəsində qazanılan böyük Zəfərdən bəhs edir. Səhnə əsəri “Şuşa ili” çərçivəsində digər bölgələrdə də nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, teatrın baş rejissoru Anar Babalının quruluş verdiyi “Haqqın 44 günü” tamaşasında xalqımızın igid oğullarının Vətən sevgisi, şücaəti əks olunur. Səhnə əsərində Müzəffər Ordumuzun əzmkarlıq nümayiş etdirərək 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızı 44 günə düşmən tapdağından xilas etməsinin sevinci canlandırılır.