Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vyanada Novruz bayramı münasibətilə konsert təşkil edilib

12.03.2022 [14:15]

Xəbərin mətni

Martın 11-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Vyanada akkreditə olunan diplomatik korpusun təmsilçiləri, Avstriya ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz və avstriyalı qonaqlar iştirak ediblər.