MƏDƏNİYYƏT


AZƏRTAC-da balacalar üçün “Axır çərşənbə” adlı ustad dərsi təşkil olunub

Martın 12-də belə şənliklərdən biri də AZƏRTAC-da təşkil edilib. AZƏRTAC-ın Uşaq Bilik Portalı balacalar üçün “Axır çərşənbə” adlı ustad dərsi keçirib.On beş uşağın iştirak etdiyi ustad dərsində uşaqlara səməni cücərtməyi, yumurta boyamağı və şəkərbura bişirməyi öyrədiblər.AZƏRTAC-ın Uşaqlar üçün informasiya bölməsinin müdiri İradə İsayeva əvvəlcə balacalara bolluq və bərəkət simvolu olan, baharın gəlişindən, təbiətin oyanışından xəbər verən Novruz bayramı haqqında ətraflı məlumat verib.