SİYASƏT


Hikmət Hacıyev: Azərbaycan tərəfi Ermənistanla müzakirələrə hər zaman açıqdır, lakin görüşlər və müzakirələr nəticəli olmalıdır

Antalya Diplomatiya Forumunu yüksək peşəkarlıqla təşkil etdiyi üçün qardaş Türkiyəni təbrik edirik. Artıq bu Forum dünya miqyaslı platformalardan birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında söyləyib.