MƏDƏNİYYƏT


Bu gün İlaxır çərşənbədir – Xaçmazda çərşənbə bayramından reportaj

Martın 15-i xalq təqvimi ilə Novruz bayramı çərşənbələrinin dördüncüsü - Torpaq çərşənbəsidir. İnanca görə Su, Od və Yel çərşənbələrindən sonra gələn İlaxır çərşənbədə yer oyanır, torpaq nəfəs alır.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Novruz bayramının bütün çərşənbələri Xaçmazda qədim adət-ənənələrə uyğun qeyd olunur. Rayonun Niyazabad kəndində keçirilən bayram tədbirində elimizin qədim adət-ənənələrini əks etdirən mərasimlər təşkil edilir, tamaşaçılara qədim folklor nümunələri təqdim olunur.