SİYASƏT


Prezident İlham Əliyev: Əgər istəsək, ölkəmizin xarici dövlət borcunu bir gün ərzində sıfırlaya bilərik

Müstəqillik dövründə Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda, sənaye və iqtisadiyyatımız artır.AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında bildirib.