ELM VƏ TƏHSİL


Astaralı şagird Massaçusest Texnologiya İnstitutunun təqaüdünü qazanıb

Astara təhsili daha bir uğura imza atıb. Rayonun 11-ci sinif şagirdi dünyanın ən məşhur ali təhsil ocaqlarından olan Massaçusest Texnologiya İnstitutunun təqaüdünü qazanıb. Söhbət kimya fənni üzrə həm respublika, həm də bir çox beynəlxalq fənn olimpiadalarında qalib gələn Salman Hüseynovdan gedir.