Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xan Şuşinski ilə bağlı xatirələr yeni kitabda

17.03.2022 [12:37]

Xəbərin mətni

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Xan Şuşinskiyə həsr olunmuş "Muğam dünyasının Xanı" adlı kitabın təqdimatı və musiqili gecə keçirilib.AZƏRTAC xəbər verir ki, “Təhsil” nəşriyyatında çap olunan kitabın müəllifi yazıçı-publisist Mustafa Çəmənlidir.