SİYASƏT


Prezident İlham Əliyev: Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı

Bu gün siz qalib gəlmiş ölkəni təmsil edirsiniz. Biz müstəqil ölkə kimi böyük idman yarışlarına qatılanda torpaqları işğal edilmiş ölkə kimi çıxış edirdik. Sübut etməli idik və sübut edirdik ki, bizim gücümüz də var, iradəmiz də var və beynəlxalq idman arenalarında göstərdiyimiz məharət, güc özünü döyüş meydanında da göstərəcək.AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən səsləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır