MƏDƏNİYYƏT


“Keşikçidağda Novruz adətləri yaşadılır” adlı festival təşkil edilib

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində “Keşikçidağda Novruz adətləri yaşadılır” adlı festival keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə təşkil olunan festival Azərbaycanın qədim adət-ənənələrinin yaşadıldığı milli bayramlarımızdan biri olan Novruzun yeniyetmə nəslə aşılanması məqsədi daşıyır. “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna məxsus informasiya mərkəzinin önündə təşkil edilən festivalda qazi və şəhid övladları iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır