MƏDƏNİYYƏT


Yevlaxda Novruz bayramı münasibətilə bayram konserti təşkil olunub

Yevlaxlılar xalqımızın ən əziz bayramı olan Novruzu qalib ölkənin qalib vətəndaşı kimi böyük sevinc və fərəhlə qeyd ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə təntənəli bayram şənliyi keçirilib. Dədə Qorqud, eləcə də yazın gəlişini simvolizə edən Bahar qızı bayram münasibətilə rayon sakinlərini təbrik edərək, yeni ildə ölkəmizə bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıblar. Novruz bayramının əsas personajları olan Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi rəng qatıblar.