MƏDƏNİYYƏT


Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramı qeyd edilib

Azərbaycanın Fransadakı Səfirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə xalqımızın milli adət-ənənələrini və mənəvi dəyərimizi özündə ehtiva edən Novruz bayramı Parisdə səfirliyimizin Mədəniyyət Mərkəzində qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Novruz fəlsəfəsinin əsasında birliyik və dialoq yaratmaq, insanlar arasında körpü qurmaq olduğunu nəzərə alaraq, bayram tədbirində Fransada yaşayan Azərbaycan icmasının, eləcə də yerli ictimaiyyətin üzvləri iştirak ediblər.