Novruz bayramı münasibətilə paytaxt məktəblilərinin əl işlərindən ibarət sərgi keçirilib
18.03.2022 [17:56]
Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib. 20 nömrəli məktəb-liseydə keçirilən tədbirdə paytaxt məktəblilərinin əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Bayram şənliyində Novruz personajları olan kosa və keçəlin məzəli oyunları, tarixi və kino personajlarının çıxışları böyük maraqla qarşılanıb.