MƏDƏNİYYƏT


Novruz bayramı ilə bağlı Dənizkənarı Milli Park, Fəvvarələr meydanı bəzədilib

Paytaxtımız Novruz bayramı ilə bağlı bayramsayağı bəzədilib.AZƏRTAC xəbər verir ki, paytaxtın müxtəlif yerlərində - Dənizkənarı Milli Parkda, Fəvvarələr meydanında, İçərişəhər, “Qoşa Qala qapısı” və digər yerlərdə dekorasiya işləri aparılıb.İnsanlarda bayram əhvali-ruhiyyəsi yaradılması üçün mərkəzi küçələrdə və parklarda səməni, şəkərbura, paxlava, qoğal, yumurta, çərəz və digər bayram atributları yerləşdirilib.