MƏDƏNİYYƏT


Yasamal rayonunda Novruz bayramı təntənəli şəkildə qeyd olunub

Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Hüseyn Cavid parkında rayon sakinlərinin iştirakı ilə Novruz bayramı təntənəli şəkildə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Novruz şənliyinə qatılan Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yerli sakinləri təbrik edərək onlarla bayramlaşıb. Bayram şənliyində, həmçinin millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, Yasamal rayon bələdiyyəsinin və rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır